İran ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayətinin avqustun 17-də “X” sosial şəbəkəsində paylaşdığı tvit regionda müzakirələrə səbəb olub.
Denmedia.az xəbər verir ki, o, paylaşımında “Alyaska”, “Ukrayna”, “Qafqaz” və “Mərd-e-Hezar-Çehre” (farscadan tərcümədə: “Min sifətli adam”) heştəqlərindən istifadə edib.
“Güclü və qədim İran xalqının qürurlu tarixi göstərir ki, bu insanlar öz milli təhlükəsizlikləri ilə bağlı sövdələşməyə heç vaxt icazə verməyəcək”.
İran mediası və analitiklər hesab edir ki, “Mərd-e-Hezar-Çehre” ifadəsi Rusiya prezidenti Vladimir Putinə işarə ola bilər.
Bir çox şərhçilər bunu Putinin Alyaskada Donald Trampla keçirdiyi görüşdən sonra mətbuat konfransındakı davranışları ilə əlaqələndirirlər. Onların fikrincə, Vilayəti Putini məhz bu xüsusiyyətlərinə görə “min sifətli adam” adlandırıb.
Ellada Rəsul