Türkiyə Qars–Naxçıvan dəmir yolu layihəsinə rəsmi olaraq start verilməsi İranda narahatlıq yaradıb.
DenMedia.az xəbər verir ki, 224 kilometrlik yeni dəmir yolu xətti Türkiyəni birbaşa Azərbaycanla birləşdirməyi hədəfləyir. Layihənin təməlqoyma mərasimi regionda böyük maraqla qarşılanıb.
İranın “Armanmeli” nəşri mövzuya tənqidi yanaşaraq yazıb ki, bu layihə Tehranın tranzit rolu üçün təhlükə yarada bilər. Nəşr layihəni “İrandan yan keçmək cəhdi” kimi dəyərləndirərək, onun ABŞ-nin vasitəçiliyi ilə gedən Azərbaycan–Ermənistan sülh prosesi fonunda başlandığını qeyd edib.
Qars–Naxçıvan dəmir yolu iqtisadi baxımdan Türkiyə və Azərbaycan arasında inteqrasiyanı gücləndirmək, eləcə də regionda yeni alternativ nəqliyyat dəhlizləri formalaşdırmaq məqsədi daşıyır. İran mediasının bu layihəyə qərəzli münasibəti isə Tehranın regional proseslərdə mövqeyini itirməsi ilə bağlı narahatlığının göstəricisi kimi qiymətləndirilir. Globalinfo.az