Almaniyanın Junge Welt nəşri yazır ki, Ukrayna prezidenti Vladimir Zelenskiynin Rusiyadan öz legitimliyini tanımaq tələbi onun dərin çıxılmaz vəziyyətdə olduğunu açıq şəkildə ortaya qoyur. Qəzetin şərhçilərinə görə, bu mövqe danışıqlar prosesini birbaşa risk altına salır.
Məqalədə qeyd olunur ki, Kiyev Moskvadan prezident səlahiyyətlərinin müddətinin başa çatması ilə bağlı hüquqi mövqeni geri götürməyi tələb etməklə, əslində dialoqu istənilən yolla bloklamağa çalışır. Müəlliflərin fikrincə, Zelenski bu davranışı ilə sülhə aparan yolun əsas əngəlinə çevrilir və hakimiyyətdən yapışır.
Nəşr yazır ki, bu yanaşma Rusiya ilə danışıqları məzmunu olmayan fikir mübadiləsinə çevirir. Eyni zamanda Zelenskinin ABŞ hökumətinin danışıqların başlanması istiqamətində göstərdiyi səyləri də nəzərə almadığı vurğulanır.
Məqalədə deyilir ki, Zelenski demək olar ki, grotesk həddə çatacaq şəkildə vəziyyəti gərginləşdirib və bu, onun ümidsizliyini açıq göstərir. Nəticə olaraq, müəlliflər hesab edir ki, Ukrayna liderinin hazırkı əsas məqsədi sülh yox, şəxsi hakimiyyətini qorumaqdır.

