DenMedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Fransanın dövlət başçısı Emmanuel Makronla birgə mətbuat konfransında bildirib ki, Ukraynanın əsas prioritetləri müdafiə, təhlükəsizlik təminatları, eləcə də ölkənin müstəqilliyinin və suverenliyinin qorunmasıdır.
«Rusiyanın bu müharibəni bitirməsi lazımdır. Bu, yalnız onun müharibəsidir və məhz o, bu təcavüzə son qoymalıdır», — deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Kupyansk Ukraynanın nəzarəti altındadır.
«Siz ukrayna mənbələrini daha diqqətlə öyrənməlisiniz. Rusiyanın heç bir hərbi əməliyyatı həqiqətən uğurlu olmayıb. Rusiya guya ordusunun bizim hələ də saxladığımız şəhərləri ələ keçirdiyini iddia edir, Kupyansk isə bizim nəzarətimizdədir», — deyə Ukrayna prezidenti bildirib.
Danışıqlara toxunan Zelenski ərazi məsələsinin ən çətin məqam olduğunu qeyd edib:
«Ərazi məsələsi, yəqin ki, ən çətindir», — deyə o əlavə edib.

