İrandan “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə BMT əməkdaşları təxliyə olunub.
Məlumata görə, İrandan Azərbaycan ərazisinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik və Mühafizə Departamentini təmsil edən 18 əməkdaş təxliyə edilib.
Bundan əlavə, İtaliyanın İrandakı səfiri Paola Amadei və İtaliya diplomatik nümayəndəliyinin yeddi əməkdaşı da Azərbaycana gətirilib.
Onlarla birlikdə iki mülki şəxs də İrandan çıxarılıb.

