İsrail ordusu İran tərəfindən yeni raket buraxılışlarını qeydə aldığını və onların məhv edilməsi üçün müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri ölkə ərazisinə doğru yönəlmiş raket buraxılışlarını aşkar edib. Raketdən müdafiə sistemləri təhlükəni zərərsizləşdirmək üçün fəaliyyət göstərir”, — deyə bəyanatda bildirilir.

