Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, İran hakimiyyəti Pakistan gəmiləri üçün Hörmüz boğazından əlavə keçidə razılıq verib.
Söhbət Pakistan bayrağı altında üzən daha 20 gəmidən gedir. Nazir qeyd edib ki, gündə iki gəmi boğazdan keçə biləcək.
Beləliklə, tərəflər regiondakı gərgin fonunda tranzitin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.

