İranın Belarusdakı səfiri Əlirza Sanei TASS-a müsahibəsində bildirib ki, ABŞ-a təqdim edilən tələblərdən biri bütün regionda, o cümlədən Livanda sülh və təhlükəsizliyin təmin edilməsidir.
Diplomat deyib:
Təkliflərimizə gəlincə, ilk növbədə müharibə tamamilə dayandırılmalıdır. Biz bütün regionda, o cümlədən Livanda sülh və təhlükəsizliyin təmin olunmasını tələb etmişik. Həmçinin uzun illərdir müxtəlif ölkələrin banklarında dondurulmuş vəsaitlərimizin açılmasını istəmişik.

