ABŞ öz virusoloqlarının Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri ilə ünsiyyət qaydalarını sərtləşdirib. Bu barədə CNN məlumat yayıb.
Məhdudiyyətlər hantavirus yayılması və Ebola epidemiyasından sonra tətbiq edilib.
Məlumata görə, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimlərinə ÜST ilə birbaşa əlaqə saxlamaq qadağan olunub. Daha sonra məhdudiyyətlər qismən yumşaldılıb və bəzi ekspertlərə təşkilatın virtual görüşlərində yalnız dinləyici qismində iştirak etməyə icazə verilib.
Qeyd olunur ki, ÜST ilə sonrakı əlaqələr ABŞ Səhiyyə Nazirliyi vasitəsilə həyata keçirilir. Telekanalın məlumatına görə, bu tədbirlər amerikalı mütəxəssislərin beynəlxalq tərəfdaşlarla operativ əməkdaşlığını çətinləşdirir.

