İsveçrədə hantavirusa yoluxma halı qeydə alınıb. Bu barədə Reuters agentliyi İsveçrə hökumətinə istinadən məlumat yayıb.
Məlumata görə, yoluxan şəxs hazırda Sürix xəstəxanasında müalicə alır.
Bildirilib ki, həmin kişi hantavirus yayılmış kruiz gəmisində səfər etdikdən sonra İsveçrəyə qayıdıb.
Xatırladaq ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Niderlanda məxsus MV Hondius kruiz laynerində hantavirusun yayılması barədə məlumat vermişdi. Gəmi Atlantik okeanı üzərindən Argentinadan Kabo-Verdeyə doğru hərəkət edirdi.
Bir neçə sərnişində ağır tənəffüs yolu xəstəliyinin simptomları müşahidə olunub. Altı nəfər tibbi nəzarətə götürülüb, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb.

