İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tamamilə məhv edilməyənədək İsrail ordusu Qəzza sektorundakı hazırkı mövqelərini tərk etməyəcək.
Netanyahu deyib:
“HƏMAS tam ləğv olunmayana qədər mövcud mövqelərimizdən geri çəkilməyəcəyik.”
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və komandası HƏMAS-ın tərksilahına və Qəzza sektorunun demilitarizasiyasına nail ola biləcəklərini düşünürlər.
İsrail Baş naziri həmçinin bildirib ki, Ağ Ev bu məsələ ilə bağlı İsrailə təkliflər layihəsi təqdim edib, lakin İsrail tərəfi həmin sənədlə razılaşmayıb.
“Bu, bizim layihəmiz deyil. Biz öz qeydlərimizi göndərmişik. Mövqeyimiz budur və maraqlarımızı qətiyyətlə müdafiə edirik”, – deyə Netanyahu vurğulayıb.

