İran ABŞ-ın mümkün hərbi müdaxiləsi zamanı ABŞ hərbçisini öldürən və ya əsir götürərək təhvil verən şəxslərə pul mükafatı ödəyəcəyini açıqlayıb.
İranın dövlət televiziyası IRIB-in məlumatına görə, bunu ölkənin ordu komandanı Əmir Hatəmi bildirib.
Hatəminin sözlərinə görə, “maliyyə kampaniyasında” iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olub və bunun əsasında xüsusi plan hazırlanıb.
Plana əsasən, ABŞ hərbçisini öldürən və ya əsir götürərək İran tərəfinə təhvil verən şəxsə $30 min və ya 50 milyard İran rialı məbləğində mükafat veriləcək.
Qadınlara isə belə əməliyyatlara görə ikiqat məbləğdə mükafat ödənilməsi nəzərdə tutulur.

