Pekin İranla əməkdaşlıq edən dövlətlərə qarşı Vaşinqtonun tətbiq etdiyi istənilən birtərəfli məhdudiyyəti qeyri-legitim hesab edir.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tsyan ABŞ maliyyə naziri Skott Bessentin Tehranın tərəfdaşlarına qarşı tədbirlərin sərtləşdirilməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
“Bir daha vurğulamaq istəyirəm ki, Çin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən qanunsuz birtərəfli sanksiyalara qarşıdır”, – diplomat bildirib.
Lin Tsyan qeyd edib ki, hərbi güc və sanksiya təzyiqi böhranı həll etmək iqtidarında deyil, əksinə, onun daha da kəskinləşməsinə gətirib çıxarır.
Onun sözlərinə görə, vəziyyətin daha da gərginləşməsi prosesdə iştirak edən heç bir tərəfin maraqlarına uyğun deyil.

