ABŞ hərbçilərinin İranın Xark adası və Cask liman şəhəri yaxınlığındakı hədəflərə, o cümlədən neft tankerlərinə zərbələr endirdiyi bildirilir. Bu barədə “Fox News”un müxbiri Cennifer Qriffin Pentaqondakı yüksək vəzifəli mənbələrə istinadən məlumat verib.
Onun sözlərinə görə, hücumlar Vaşinqtonla Tehran arasında artan gərginliyin davamı olub.
İran tərəfi hələlik yayılan məlumatlara münasibət bildirməyib. Pentaqon da zərbələrlə bağlı rəsmi açıqlama verməyib.
Hazırda tərəflər arasındakı qarşıdurma davam edir. Yeni zərbələrin regiondakı vəziyyəti daha da gərginləşdirə biləcəyi bildirilir.

