ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişə ilə bağlı yaxın zamanda mühüm qərar verəcəyini bildirib.
Tramp “Axios”a müsahibəsində Vaşinqtonun İranla bağlı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaq variantını nəzərdən keçirdiyini deyib. “Axios”un məlumatına görə, yekun qərar hələ qəbul edilməyib.
Siyasətçi qeyd edib ki, "Mənim verməli olduğum böyük bir qərar var. Onları (İranı) işğal edib məhv etmək istəyirəm, yoxsa yox? Bu, böyük bir qərardır. Mənim başıma hər şey gələ bilər".
ABŞ Prezidentinin gələn həftə BMT Baş Assambleyası çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman rəhbərləri ilə görüşərək İranla münaqişənin növbəti mərhələsini müzakirə etməsi gözlənilir.

