ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasının ələ keçirilməsi imkanını nəzərdən keçirir. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir qərar ABŞ hərbçilərinin adaya çıxarılmasını tələb edə bilər.
Jurnalistlərin yazdığına görə, Donald Tramp Xarq adasının tam ələ keçirilməsi ideyası ilə maraqlanır, çünki bu addım İrana “iqtisadi nokaut” vurmaq və Tehranın maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq kimi qiymətləndirilir.
Eyni zamanda mənbə bildirib ki, hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul olunmayıb.
Bununla belə qeyd olunur ki, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı səylər uzanarsa, vəziyyət dəyişə və bu variant yenidən gündəmə gələ bilər.

