“İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçıları Xocalı şəhərinə səfər ediblər.
Səfər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə həyata keçirilib.
Konfrans iştirakçıları Xocalıda Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
Səfərdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə bağlı fəaliyyət göstərən qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, insan hüquqları üzrə mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak edirlər.
Konfrans iştirakçılarının daha sonra Şuşaya səfər edəcəkləri bildirilir.

