11 
mar
2024
16:12
135

Ermənilər Tovuz istiqamətində təxribat törətdilər - Ordumuz düşməni zərərsizləşdirdi

11 mar, 2024
16:12
135

Ermənilər Tovuz istiqamətində təxribat törətdilər - Ordumuz düşməni zərərsizləşdirdi

Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib.
 
Den.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
 
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib", - məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar