14 
mar
2024
10:32
139

Bakıda quldur yolu kəsib sürücünü qarət etdi - VİDEO

14 mar, 2024
10:32
139

Bakıda quldur yolu kəsib sürücünü qarət etdi - VİDEO

Bakının Xəzər rayonunun Binə qəsəbəsində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda quldur yolu kəsib sürücünü qarət etdi - VİDEO

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar