31 
mar
2024
12:13
78

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ölüb - YENİLƏNİB

31 mar, 2024
12:13
78

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ölüb - YENİLƏNİB

Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Den.az
-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

***

saat 11.38

Sumqayıtda yeniyetmə “peredozdan” ölüb.

Den.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Ə.R.-nin yaşadığı evdə meyiti tapılıb.

13 yaşlı yeniyetmənin yüksək dozalı narkotik istifadəsindən öldüyü ehtimal olunur.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar