Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.
“Den.az” xəbər verir ki, rayon sakini olan qadın evindən 27500 manatının oğurlanması barədə polisə məlumat verib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi ona borc verməkdən imtina edib. Daha sonra isə Y.Quliyev zərərçəkənin evdə olmadığından istifadə edərək pulları oğurlayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bibisi borc vermədi, evə girib 27500 manatını oğurladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.