apr
2024
10:38
80

Ağdamda detonator partlayıb - Xəsarət alan var

6 apr, 2024
10:38
80

Ağdamda detonator partlayıb - Xəsarət alan var

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Den.az xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar