10 
apr
2024
12:00
142

Abşeronda evlərdən 17 minlik oğurluq edən tutuldu

10 apr, 2024
12:00
142

Abşeronda evlərdən 17 minlik oğurluq edən tutuldu

Abşeronda yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.
 
Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.

Araşdırma aparılır.

Abşeronda evlərdən 17 minlik  oğurluq edən tutulduAbşeronda evlərdən 17 minlik  oğurluq edən tutuldu

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar