27 
apr
2024
14:29
101

Bakıda qızıl mağazasından oğurluq olub - VİDEO

27 apr, 2024
14:29
101

Bakıda qızıl mağazasından oğurluq olub - VİDEO

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Den.az-a verilən məlumata görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar