18 
apr
2024
14:20
100
Yuxarı
Bakıda marketdən 8 minlik spirtli içki oğurlandı - VİDEO
18 apr, 2024
14:20
100
Bakıda marketdən 8 minlik spirtli içki oğurlandı - VİDEO
Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar