may
2024
15:10
54

Qaradağda quyudan meyit tapıldı

1 may, 2024
15:10
54

Qaradağda quyudan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Den.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar