Yol qəzası nəticəsində 3 nəfər ölüb, daha bir nəfər yaralanıb.
“Den.az” xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Dağıstanın Babayurt rayonunda toy kortejində hərəkət edən “Lada Granta” markalı avtomobil qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər - “Lada Granta”nın sürücüsü və onun iki sərnişini hadisə yerində dünyasını dəyişiblər. Daha bir sərnişin Babayurt rayon mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
SON DƏQİQƏ: Toy kortejində idarəetməni itirdi , üç nəfərin ölümünə səbəb oldu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.