Abşeronda bir neçə avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Den.az xəbər verir ki, hadisə Xırdalan dairəsində qeydə alınıb.
Belə ki, qəza keçirən sürücülərdən biri Elxan Əliyev avtomobildən düşərkən qarşı tərəfdən gələn digər avtomobil onun üzərindən keçib. Nəticədə E. Əliyev hadisə yerində ölüb.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Den.az




