Sumqayıtda 6 maşın toqquşub.
“Den.az” xəbər verir ki, hadisə Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.
Hadisəyə səbəb kimi sürücünün birinin idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.