Abşeron Rayon Məhkəməsində bir neçə ay əvvəl Masazırdakı "Qəbələ" restoranında xanım müğənnini döyən meyxanaçı Qalib Xocalıya hökm oxunub.
Den.az "Qafqazinfo"ya istinadən bilirir ki, meyxanaçı Cinayət Məcəlləsinin 127 və 221-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə təqsirləndirilib.
Bildirilib ki, 1991-ci il təvəllüdlü Qalib Xocalı hadisədən bir neçə ay əvvəl müğənni, 1984-cü il təvəllüdlü Aynur Həsənli (ad və soyad şərtidir) ilə məclisdə tanış olub. Lakin daha sonra onların arasındakı münasibət soyuqlaşıb. Hadisə baş verən gün isə Qalib Xocalı tanışı ilə "Qəbələ" restoranına gedib. Aynur Həsənli isə həmin vaxt restoranda müğənni kimi çıxış edirmiş. O, mahnı oxuyub masa kənarına gələrkən əyləşmiş şəxslərə, eləcə də Qalib Xocalıya salam verib. Lakin Qalib Xocalı onun salamını almayıb və aralarında mübahisə yaranıb. Buna əsəbiləşən Qalib Xocalı masadan qalxaraq Aynura zərbə endirib. Nəticədə müğənni burun sümüyünün yerdəyişən sınığı, sağ göz orbitasının və sol mil-bilək oynağı nahiyəsinin qançırları xəsarətləri alıb. Hadisə vaxtı döyülən müğənni masadakı qəndqabını meyxanaçıya atsa da, həmin əşya Qalibə dəyməyib.
Ekspertizanın nəticələri açıqlanandan sonra meyxanaçıya cinayət işi açılıb. İşin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.Məhkəmədə meyxanaçı ilk dəfə cinayət törətdiyini, Vətən müharibəsində iştirak etdiyini, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" və "Şuqovşanın azad olunmasına görə" medalları ilə təltif edildiyini deyərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.
Müğənni də meyxanaçını bağışladığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə meyxanaçıya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qalib Xocalının üzərinə elektron qolbaq taxılıb. Onun yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməsi qadağan edilib, həmçinin üzərinə digər inzibati öhdəliklər qoyulub.
Meyxanaçı restoranda qadın müğənnini döyüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.