“Uşağı səhər dərsə yola salmışdım. Qardaşı ilə birlikdə evdən çıxmışdılar”.
“Den.az” xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 11 günlük axtarışlardan sonra bu gün meyiti tapılan 13 yaşlı Saray Kərimlinin nənəsi Aişə Kərimova söyləyib.
“Yolda məktəbdə işləyən xadimə ona “gəl birlikdə gedək” desə də, Saray “sən get, mənim işim var, adam gözləyirəm” deyib. Sonra gözlədiyi qıza “İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” deyib. Aralarında nə baş verdiyini bilmirəm. Dekabrın 4-ü də ad günü idi, anası zəng etmişdi. Nə qədər desək də, onunla danışmaq istəmədi”, - mərhumun nənəsi əlavə edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində batan 13 yaşlı Saray Kərimlinin meyiti yanvarın 2-si batdığı yerdən təqribən 15 kilometr aralıda, Kür çayının Kürdəmir rayonu Söyüdlər kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. FHN-in Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Daha ətraflı videomaterialda:
“İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyibmiş... - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.