Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə şəhərin Babək və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Jetour markalı 50 ET 739 dövlət nömrə nişanlı minik avtomobili Akia markalı 50 AE 645 dövlət nömrə nişanlı 7 saylı sərnişin avtobusuna arxadan çırpılıb.
Nəticədə minik avtomobilində olan sürücü və sərnişinləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə zamanı sərnişin avtobusuna da ziyan dəyib.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub. Yaralananlar Niyaz Səfərov,Fərid Atayev,Murad Zamanlı,Ziya Dadaşov,və Aqşin Atayev dərhal xəstəxanaya çatdırlıblar...
Qəzaya səbəb kimi minik avtomobilinin sürət həddini aşması göstərilir.
Faktla bağlı araşdırma aparılır.





Nizami Rəsulov
Den.az