ABŞ-da atası qonşu otaqda yatarkən kiçik uşağı siçovullar dişləyib.
Devid Şonabaum yuxudan oyandıqdan sonra 911-ə zəng edərək altı aylıq oğlunun siçovul dişləməsi nəticəsində qan içində olduğunu görüb.
Körpədə 50-dən çox dişlək yeri olub və barmaqları ciddi zədələnib.
Evansville polisinə açıqlama verən Devid deyib: "Yastığın hər tərəfi qan içində idi. Onu götürdüm, hər yerdə qan gördüm, uşaq bezi ondan yarı asılı vəziyyətdə idi. Onu hamama apardım və o anda onun əllərini görmədiyim üçün nə baş verdiyini bilmirəm... Burnu qanadığını düşündüm”.
Siçovullar uşağın barmaqlarının üst hissəsinin ətini dişləyiblər və o, xəstəxanaya aparıldıqdan sonra uşağın bir neçə barmağı amputasiya edilməli olub.
İndiana ştatından olan ata polisə bildirib ki, oğlunu siçanlar dişləməmişdən əvvəl o, həyat yoldaşı üçün evi təmiz və səliqəli etmək üçün çalışırmış.
“Mən yaxşı ər olmağa və evi təmiz saxlamağa çalışdım. Mən dərhal bunu siçovulların etdiyini düşündüm, çünki bütün gecə o otaqda ola biləcək yeganə şey bu idi", - o, müstəntiqlərə söyləyib.
Əlavə araşdırma zamanı prokuror evin içini “dəhşət evi” adlandırıb və istintaq qrupu Şonabaumun otağında köhnə yemək əşyaları da aşkar edib.
Ata etiraf edib ki, hər səhər uşağın yatmalı olduğu yerdən çox da uzaq olmayan vanna otağında müntəzəm olaraq siçovulları görüb.
Rəsmilər Şonabaumu ilkin dindirmədən sonra sərbəst buraxsalar da, daha sonra o, həbs edilib və üç uşaq baxımsızlığı ittihamı ilə ittiham olunub – biri qurban uşaq, ikisi isə “dəhşət evi”ndə yaşayan digər uşaqlar üçün.
O, 16 il azadlıqdan məhrum edilib.
Uşaq sağ qalsa da, səlahiyyətlilər onun həmişəlik eybəcər halda qalacağını bildirirlər.Lent.az
Altı aylıq uşağı siçanlar yedi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.