Sumqayıtda güclü yanğın olub.
Den.az xəbər verir ki, hadisə 6-cı mikrorayonda keçmiş kombinatın ərazisində olan yarımtikilidə baş verib.
Belə ki, sözü gedən ünvanda yaşayan xanım özünə yemək bişirmək istəyib. Ehtiyatsızlıq nəticəsində yanğın törətdiyi ehtimal edilir.
Əraziyə FHN-nin yanğınsöndürənləri və Polis əməkdaşları cəlb olub.
Yanğın zamanı ölən və xəsarət alanlarlar barədə hələki məlumat yoxdur.
Hadisənin təfərrütları araşdırılır.






