“TikTok” fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb.
“Den.az”-ın məlumatına görə, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb.
Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb.
Turə Nuriyeva ifadəsində deyib ki, Ləman canlı yayımda ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Bu isə ona ağır psixoloji sarsıntılar yaşadıb və hətta intihara cəhd etməsinə səbəb olub: “Ləmanın təhqirləri və həqiqətə uyğun olmayan ifadələri məni intihara sürüklədi. Boğazıma ip salıb özümü öldürmək istədim. Evdəkilər məni son anda xilas etdilər. İki gün reanimasiyada qaldım. Hazırda bu faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”.
Keçmiş baldızı məhkəmədən Ləmanın qanunun icazə verdiyi müddətə azadlıqdan məhrum edilməsini xahiş edib.
Ləman özü isə məhkəmədə ittihamları qismən qəbul edib. O, baldızı və qayınanasına qarşı nalayiq ifadələr işlətdiyini etiraf edərək bunun keçmiş ailəsinə olan kinindən qaynaqlandığını deyib. O, himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini istəyib.
Hakim şahidləri dinlədikdən və təqdim olunan videogörüntüləri izlədikdən sonra hökmü elan edib.
Hökmə əsasən, Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin ona həbs deyil, 480 saat ictimai işlər cəzası verilib. Əlavə olaraq onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyulub.
Məlumat üçün deyək ki, ictimai işlər cəzasına küçə və parkların süpürülməsi, yaşayış yerlərində toplanmış məişət tullantılarının yığılması kimi işlər daxildir.
Xatırladaq ki, L. Vəliyeva bundan əvvəl də paylaşımlarındakı qeyri-etik sözlərdən və söyüşlərə görə saxlanılmışdı. Qafqazinfo
Tik-Toker Ləman cəzalandırıldı-480 saat təmizlik işləri görəcək...-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.