Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Den.az xəbər verir ki, bu barədə sosial mediada video paylaşılıb.
İddia olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları “sürpriz” edib.
Ləman Əliyeva təbriki qəbul edib, iş yoldaşları ilə birlikdə musiqi sədaları altında əylənib.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar. Əməliyyatdan sonra xəstənin vəziyyətinin ağırlaşdığı iddia olunur.
Səhiyyə Nazirliyi məsələ ilə bağlı münasibət bildirib.
Faktla bağlı yoxlamalara başlanıldığı qeyd edilib.
Denaz.tv həmin görüntüləri təqdim edir: