Dəm qazı daha iki nəfəri xəstəxanalıq edib.
Bu barədə Den.az-a şahidlər məlumat verib.
Belə ki, şəhərin Təzə Kottec qəsəbəsində "Ruzi" marketin yaxınlığında yaşayan 1962-ci il təvəllüdlü Hüseynov Nazim Əli oğlu və 5-ci mikrorayonda yaşayan 1985-ci il təvəllüdlü Bayramov Ruslan Dövlət oğlu dəm qazından zəhərlənib. Hər iki şəxs TTYX-a çatdırılıb. Vəziyyətləri orta-ağır qiymətləndirilir.