"Hər kəs mənim oğlumdan danışır. Mən onu heç vaxt təhlükəyə atmaram. Quduz olsaydı deyərdim".
Bu fikirləri “Den.az”a özəl açıqlamasında 8 yaşlı Tunar Mirqafarovun anası İlhamə Mirqafarova deyib.
Onun sözlərinə görə, Tunar atasız uşaqdır və tək onun himayəsində böyüyüb. İlk əvvəl Xızı rayonunda yaşayıblar. Çobanlıqla, itlərin, quzuların arasında böyüyüb. Sonradan ana-bala Stansiya Sumqayıtda məskunlaşıblar. Hadisə isə İyulun 8-də başa verib. Belə ki, 8 yaşlı Tunar həyətdəki itə çubuqla hücum edib. İt onun baş nahiyəsindən dişləyib. Ancaq onun məlum videodakı əlamətləri quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan evdə it-pişik kimi qabdan yeməyi o cür yeyir.
"Den.az" İlhamə Mirqafarovanın açıqlamasını sizə təqdim edir:
Xatırladaq ki, Tunar hazırda Sumqayıt şəhər Uşaq xəstəxanasının infeksiya şöbəsində müalicəsini davam etdirir. Xəstəxananın şöbə müdiri Sehri Babayev Den.az-a açıqlamasında bildirib ki, 8 yaşlı Tunar Mirqafarov İyulun 8-də səhər saat 11-05-də daxil olub. Başının təpə nahiyəsindən böyük ölçülü it dişləməsi zədəsi olub. Cərrahi işləmələr İt dişləməsi təyinatına uyğun olaraq aparılıb. Hazırda uşağın vəziyyəti yaxşıdır və quduzluq əlaməti qeydə alınmayıb.