Xəbər verdiyimiz kimi, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 16 yaşlı qız əməliyyatdan sonrü ölüb.
Den.az xəbər verir ki, iddialara görə, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova xəstəxanaya müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o, əməliyyat olunub. Yeniyetmə qız əməliyyatdan üç gün sonra xəstəxanada vəfat edib.
TƏBİB qeyd edib ki, iyunun 23-ü 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib. İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.
Sosial şəbəkələrdə yaxınları M.Məmmədovanın fotosunu dərc edib: