Türkiyədə daş karxanasında faciə yaşanıb.
Den.az yerli mediaya istinadla bildirir ki, hadisə Ərzurumun Oltu qəsəbəsində baş verib.
Karxanada baş verən çökmə nəticəsində 3 nəfər həyatını itirib. Hadisə yerinə gələn xilasedicilər əvvəlcə iki nəfərin meyitini tapıblar. Sonra isə yaralı halda tapılan üçüncü işçi də karxanada keçinib.
Ölən Tayfur və Ömər Narşap, həmçinin Təməl Korkmazın meyitləri məhkəmə-tibbi ekspertiza şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.Lent.az