Sumqayıtda dəniz faciəsi – iki nəfər batıb
Xəzər dənizinin Sumqayıt şəhəri ilə keçən sahil zolağında faciəvi hadisə baş verib.
Den.az xəbər verir ki, 15 və 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər.
Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib. Təəssüf ki, 2009-cu il təvəllüdlü Cabbarov Əli həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.
Onların axtarışları davam etdirilir