İmişlidə ağır yol qəzası baş verib.
Den.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Vahid Şirəliyevin idarə etdiyi yük avtomobili ilə “VAZ 21099” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Vidadi Cəfərov və sərnişinləri, Cahar kənd sakinləri Gülbəniz Cəfərova (1964) və Vilayət Abbasova (1956) həlak olub.
Hadisə saat 12 radələrində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

