Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1979-cu il təvəllüdlü İlham Həmid oğlu Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Gülnaz İlham qızı Məmmədovanı bıçaqla qətlə yetirib. Daha sonra özünü asaraq intihar edib.