Sumqayıtda 17 yaşlı gəncin dənizdə batdığı ehtimal olunur.
Denmedia.az xəbər verir ki, hadisə axşam saatlarında Corat qəsəbəsi ərazisində, çimmək üçün qadağan olunmuş zonada baş verdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, gənc oğlan dənizə girdikdən bir müddət sonra suda itib-batıb. Xilasedicilər və Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupları hadisə yerinə cəlb olunub, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Maraqlı məqam ondan ibarətdir ki, ərazidə gəncə məxsus geyim əşyaları aşkar edilməyib. Bu, hadisə ilə bağlı bəzi suallar yaradıb və məsələ araşdırılır.
Hazırda gəncin kimliyi müəyyənləşdirilməyib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.