Sentyabrda təyyarə böyüklüyündə iki asteroid Yer kürəsinin yanından keçəcək.
Denmedia.az "New York Post"a istinadən xəbər verir ki, bu barədə NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzi məlumat yayıb.
"Hər biri sərnişin təyyarəsi ölçüsündə olan "2025 QD8" və "2025 QV5" asteroidləri müvafiq olaraq 3 və 4 sentyabrda Yer kürəsinin yanından keçəcək", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, "2025 QD8" Yerdən 136.000 mil, Aya isə çox yaxın məsafədən keçəcək. Məqalədə deyilir ki, "2025 QV5" isə Yerdən 500.000 mil məsafədə uçacaq, bu, son 100 ildəki ən yaxın məsafədir.
Astronomlar bildiriblər ki, hər iki kosmos cismi Yer üçün təhlükə yaratmır. Asteroidlər birdən Yerin səthinə düşməyə başlasalar belə, onların çoxu atmosferdə yanacaq.Publika.az