Gecə saatlarında İsmayıllı rayonunda güclü yağış və güclü küləklə müşayiət olunan leysan sonradan doluya çevrilib.
DenMedia.az-ın yerli bürosu xəbər verir ki, rayonun mərkəzi parkındakı fəvvarələr parkında yerləşən çayxananın üzərinə iri gövdəli ağac aşıb. Hadisə nəticəsində Pənəhov Ravidə məxsus obyektə ciddi miqdarda ziyan dəyib.
Kafe sahibi aidiyyəti qurumlardan köməklik göstərilməsini xahiş edir. Səhər saatlarında İsmayıllı Rayon Kommunal İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər.
Rafiq Həsənov