2025-ci il yanvarın 1-də Los-Ancelesin prestijli rayonunda baş verən böyük yanğının qəsdən törədildiyi məlum olub.
DenMedia.az xəbər verir ki, istintaqın məlumatına görə, hadisənin səbəbkarı 29 yaşlı “Uber” sürücüsü Conatan Rinderkext olub. O, süni intellektin təsiri altında bu addımı atıb. Nəticədə 12 nəfər həyatını itirib, 6 min ev məhv olub.
Araşdırmalara əsasən, Rinderkext əvvəlcədən park zonasında ağacları benzində isladaraq yandırıb və prosesi telefona çəkib. Bundan bir qədər əvvəl o, qəhrəmanının ətrafı yandırdığı bir musiqi klipinə dəfələrlə baxıb.
İstintaqın gəldiyi qənaətə görə, sürücünün motivasiyasında süni intellekt əsas rol oynayıb. O, ChatGPT neyroşəbəkəsindən istifadə edərək “yandırılmış şəhərin antiutopik təsvirini” yaradıb və bu kompüter təsəvvürünü reallıqda təkrarlamağa cəhd edib.
Yanğını başladandan sonra Rinderkext təhlükəsiz məsafəyə çəkilib, xilasetmə xidmətlərinə zəng edib və yanğınsöndürənlərin mübarizəsini videoya alıb. Onun barəsində qəsdən əmlakın məhvi və insanların ölümünə səbəb olma ittihamı irəli sürülüb. Cinayətin ağırlığını nəzərə alaraq, ona ölüm hökmü verilə bilər.