Göyçayda maşın kanala aşıb, sürücü ölüb.
DenMedia.az xəbər verir ki, hadisə rayonun Dövranlı kəndində qeydə alınıb.Belə ki, hərəkətdə olan minik maşını kənd ərazisindən keçən zaman Şirvan kanalına aşıb.Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun cansız bədənini çıxardaraq aidiyyatı üzrə təhvil veriblər.Xatırladaq ki, suda batan Dövranlı kənd sakini ailəli olub, üç övladı var.Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.
DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə hazırda faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Aqil Əsədov
DenMedia.az