Sumqayıt şəhərində avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə Samur-Abşeron kanalının Qurd dərəsi yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
Belə ki,hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Sürücü Qubadlı rayon Ulaşdı kənd sakini 1973-cü il təvəllüdlü Hüseynov Rövşən Əkbər oğlu polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Onun içkili halda avtomobil idarə etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.