Mingəçevirdə piyada ölümü ilə nəticələnən qəza baş verib.
“DenMedia.az”-ın məlumatına görə, “Vaz 2106” markalı avtomobilin törətdiyi qəza nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova dünyasını dəyişib, 1956-cı il təvəllüdlü Zöhrə İsmayılova isə xəsarət alıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.
Araşdırılma aparılır.